Ana səhifə > Üz səhifə / TGT > COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq "Meşələrin, flora və faunanın qorunmaması" ilə bağlı müzakirələr

COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq "Meşələrin, flora və faunanın qorunmaması" ilə bağlı müzakirələr


5-11-2024, 22:14
2024_cü il COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Iqtisad universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbləri ilə açıq havada ekologiya ilə bağlı müzakirə aparılmışdır. Azərbaycanın bir çox əsas ekoloji problemləri vardır. "Kimya, biologiya, ekologiya və sanitar-gigiyena" fənn birləşməsi sədri Günay Seyidova tələblərlə birlikdə əsas ekoloji problemlərdən biri olan "Meşələrin,flora və faunanın qorunmaması" ilə bağlı müzakirələr aparmışdır.

Son 30 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vurulub. Tələbələr Ermənistanın təcavüzü nəticəsində 251 min ha (və ya meşə ilə örtülü sahənin 25%-i) meşə sahəsi 30 il ərzində işğal altında qaldığından, 10,2 min ha meşə sahəsi təsərrüfat dövriyyəsindən çıxdığından danışaraq işğal altında qalmış meşələrimizin vəhşicəsinə qırılıb talan edilməsini bildirdilər. Müzakirələrdə iştirak edən kimya müəllimi Leyla Məmmədova da tələbələrin fikrini təsdiqləyərək bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılmasının biomüxtəlifliyin pozulmasının kritik həddə çatdırdığını qeyd etdi.


























Geri