Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Qida Sənayesi Kollecində "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.


18-10-2024, 17:00
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin "Ümumi İqtisadiyyat və İdarəetmə" fənn birləşmə komissiyasının Coğrafiya müəlliməsi Abbasova Nigar tərəfindən "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Müasir dünyada qlobal problemlərimizdəm biri de su ehtiyatının tükənməsidir.Əhalinin sayının artımı,sənaye və kənd təsərrüfatının inkişafı suya tələbatı artırır və eyni zamandada su ehtiyatının tükənməsinə gətirib çıxarır.Son 10illiklərdə dünyanın bir çox bölgələrində su çatışmazlığı problemi hiss olunur.Ümumilikdə desək su ehtiyatı həm keyfiyyət həmdə kəmiyyətcə tükənir.
Bu baxımdan Su ehtiyatlarının tükənməsinin qarşısını almaq və alternativ mənbələrlə su ehtiyatlarını geri qazanmaq üçün müəyyən tədbirlər görülməlidir.Bunun üçün hər bir dövlət su ilə bağlı öz siyasətini gözdən keçirməli israfı azaltmalıdır.Bundan başqa atılan çirkli sular təmizlənərək yenidən istifadəyə verilə bilər lakin bu üsul neft-qazla zəngin olan ölkələrdə istifadə olunsada müxtəlif səbəblərdən hələki bütün dünyaya tətbiq edilə bilmir,kənd təsərrüfatında ənənəvi sulama üsulları israfa yol açdığı üçün daha müasir texnologiyalardan istifadə edilməli,içməli suya olan tələbatla bağlı dəniz sularının şirinləşdirilməsi və buzlaqların əridilərək istifadə edilməsidir.Lakin bunlardan ən əsası və hər bir fərdin öz öhtəsinə düşən tədbir isə istifadə alışqanlıqlarına diqqət etməli və onu dəyişməli,məişətdə gündəlik həyatda su istifadəsinə diqqət edilməlidir.






















Geri