Ana səhifə > Üz səhifə / TGT > 7 Oktyabr bütün dünyada ümumdünya layiqli əmək günü
7 Oktyabr bütün dünyada ümumdünya layiqli əmək günü8-10-2024, 14:19 |
7 Oktyabr bütün dünyada ümumdünya layiqli əmək günü kimi qeyd edildi. Qısaca olaraq Layiqli Əmək Günü. Bu günün əsasında hər kəsin layiqli əmək hüququ dayanır. Bu anlayışın təyin edilməsinə 4 sfera daxildir---bunlar: məşğulluq, hüquq, müdafiə və dialoqdur. Onlar layiqli gəlirdən başlayaraq əmək şəraiti, əməkdaşlar arasında bərabərlik, sədr ilə işçi arasında olan dailoqa, öz əmək hüququnu müdafiə etməyə və ya vəd edilmiş sosial müdafiədən istifadə etməyə qədər bütün aspektləri əhatə edir. Hər il dünyada 7 oktyabr - Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Bu gün münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada kollecin Qida texnologiyası 2 şöbə müdiri Nəzakət Atakişiyeva, Qida texnologiyası 1 şöbə müdiri Ləman Həbibi, Mehmanxana və turizm şöbə müdiri Aytən Ağayeva, Kadr işləri üzrə mütəxəssis Günel Hacıyeva, Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbə müdiri Sevinc Tağıyeva, İstehsalat təcrübə rəhbəri Aygün Tağıyeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva və kollecin müəllimlər iştirak etmişdir. Qida texnologiyası 2 şöbə müdiri Nəzkət Atakişiyeva çıxışında hazırda respublikamızda sosial tərəfdaşlar və Beynəlxalq Əmək Təşkilatı arasında 2016-2020-ci illər üçün bağlanılmış Layiqli Əmək üzrə Ölkə Proqramı qüvvədə olduğunu, bu Proqrama uyğun olaraq ölkəmizdə işçilərin layiqli əməyinin təmin edilməsi məqsədilə əmək, məşğulluq, sosial-iqtisadi məsələlərlə bağlı kompleks tədbirlər həyata keçirildiyini söylədi. Qida texnologiyası 1 şöbə müdiri Ləman Həbibi öz çıxışında BMT-nin insan hüquqları bəyannaməsi və digər sənədlər əsasında layiqli əməyin ümumdünya məqsədinə çevrilməsini ətraflı şəkildə iştirakçıların nəzərinə çatdırdı. Dəyirmi masada Kadr işləri üzrə mütəxəssis Günel Hacıyeva da çıxış etmişdir. Mütəxəssisin məruzəsindən sonra bir neçə iştirakçı məsləhət və tövsiyyələr almaq məqsədi ilə Günel Hacıyevaya suallar ünvanlamışdır. Günel xanım sualları tam dolğun, dəqiq və iştirakçılara lazım olan qaydada cavablandırmışdır. Dəyirmi masanın sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva iştirakçılara həmkarlar ittifaqı tərəfindən üzvlərinin layiqli əməyinin qiymətləndirilməsini dəstəklədiyini, iş və bacarıqlarına görə fəal üzvlərin bayramlarda və digər xüsusi günlərdə mükafatlandırılmasını xatırlatmış və hər zaman belə davam edəcəyini bildirmişdir. Geri |