Ana səhifə > Üz səhifə / TGT > Bir əsrlik ömür yolu
Bir əsrlik ömür yolu10-05-2023, 20:08 |
“Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Xalqın onunla onun da xalqı ilə fəxr etdiyi, qürur duyduğu şəxsiyyətin anadan olmasının 100 illiyidir. Yubileylə əlaqədar il ərzində bütün mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilmiş, onun əziz xatirəsi yad edilmişdir. Bu gün 10may 2023-cü il tarixində Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin “Bir əsrlik ömür yolu”adlı tədbiri hazırlanmış, mövcud şəraitlə əlaqədar olaraq Nizami rayonu Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbinin akt zaklında keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. İlk olaraq kollecin direktoru Vilayət İsmayılov çıxış etmiş, Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılmasıda Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, xalqımızın taleyində silinməz izlər qoymuşduğunu vurğulamışdır. Daha sonra kollecin Həmkarlar İttifaqının sədri Sevinc Şərifova çıxış etmiş, Heydər Əliyevin çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçməsindən, həyatın bütün çətinliklərindən qalib çıxmasından, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəldiyini qeyd etmişdir. Tədbirin bədii hissəsində Heydər Əliyev ömrü, ümummilli lider sevgisi şeir, mahnı və rəqslərdə nümayiş olunmuşdur. Yubileylə bağlı müxtəlif tədbir və yarışlarda uğur qazanan müəllim və tələbələrə sertifikatlar təqdim olunmuşdur. Tədbirin sonunda Təlim tərbiyyə işlər üzrə direktor müavini Sevinc Həmzəyeva çıxış edərək təqdim olunan tədbir üçün tələbə və müəllim kollektivinə, ev sahibliyi edən məktəb rəhbərliyinə təşəkkürünü bildirərək gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün Heydər Əliyev şəxsiyyətinə müraciət etməli və bu dahi insanın həyatının əbədi milli örnək kimi uşaq və yeniyetmələr arasında geniş təbliğ olunmasına çalışmalı olduğumuzu söyləmişdir. Geri |