Müəllimlərin yerdəyişməsinə başlanılıb

Mayın 26-da Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başlanılması ilə bağlı brifinq keçirilib. Brifinqdə bildirilib ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq olunmaqla cari ilin 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. İlkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi 26-30 may,  növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi 8-12 iyun

Ardını oxu

“Məktəblinin dostu” Cocuq Mərcanlıda

Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş  “Yaşa Azərbaycan” adlı festival baş tutub. Festival çərçivəsində iştirakçılar Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, "Eko

Ardını oxu

İntellektual oyun üzrə regional məktəb çempionatı

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçirilib. Ümumilikdə 61 ümumtəhsil məktəbinin komandasının qoşulduğu  çempionatı giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov  iştirakçılara uğurlar arzulayıb. Sonra çempionata start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin

Ardını oxu

Zaqatala müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Zaqatala rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Ardını oxu

Təhsil naziri Rumıniyanın milli təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskiv Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun keçirilməsinə görə təhsil nazirinə təşəkkürünü bildirib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Ardını oxu

Tələbə-könüllülər IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edib

Mayın 23-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərlə bağlı brifinq keçirilib. Brifinqdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın növbəti dəfə dünyaya sülhsevərliyini və yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini qeyd edib. Nazir müavini IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinin hər kəsdə qürur hissi doğurduğunu söyləyib və bildirib ki,  oyunlarda yüksək nəticə göstərən idmançılarımız arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısı da

Ardını oxu

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Təhsil naziri Mikayıl Cabbarov 15-17 may 2017-ci il tarixlərində ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub. Mayın 16-da  keçirilən  tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən Şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami açılış nitqi ilə çıxış edib. Mərasimdə eyni zamanda Malayziyadan Sultan V Məhəmməd, Bəhreyn Krallığının vəliəhdi Şahzadə Salman bin Həməd, Küveytin

Ardını oxu