Ana səhifə > Manşet / Üz səhifə / TGT > "Korrupsiya qlobal problem kimi" adlı maarifləndirici tədbir

"Korrupsiya qlobal problem kimi" adlı maarifləndirici tədbir


5-06-2024, 20:22
05 iyun 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Korrupsiya qlobal problem kimi” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq kollecin sosioloqu Xəyalə Həsənova çıxış etmiş, korrupsiya haqqında məlumat verərək çıxış üçün Nizami rayon polis mayoru Natiq Yusifovu dəvət etmişdir. O öz çıxışında tədbirdə iştirak edən müəllim və tələbə kollektivini korrupsiya ilə mübarizə aparmaqda hüquq mühafizə orqanlarına köməklik etməyi tövsiyyə etmişdir. Daha sonra çıxış edən kollecin “Humanitar” fənn birləşmə sədri Xatirə Məmmədova korrupsiyaya hüquqi aspektdən yanaşaraq hər kəsin öz hüquqlarını bilməyi və qanunlara əməl etməyin vacibliyini vurğulamışdır. Sonda Tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev çıxış edərək tədbiri təşkil edən müəllimlərə və dəvətimizi qəbul edən polis mayoru Natiq Yusifova, polis baş leytenantı Qadir Hüseynova öz təşəkkürünü bildirmişdir.

Tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva tədbiri hazırlayan müəllimlərə komitə tərəfindən hədiyyə təqdim edərək hazırladıqları tədbirə görə təşəkkürünü bildirmişdir.










Geri